Namik qol vurdu, "Bursaspor" qələbə qazandı

Namik qol vurdu, "Bursaspor" qələbə qazandı

Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

"Yaşıl timsahlar" səfərdə “Dənizlispor”u 3:1 hesabıyla məğlub edib.

Meydana start "11-lik"də çıxan Namik 88-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə komandasının ikinci qolunu vurub.

15 tura 17 xal toplayan “Bursaspor” turnir cədvəlində 19 iştirakçı arasında 13-cü pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər