Namik Ələskərovun komandası azarkeşlərin sərt etirazı ilə üzləşdi - VİDEO

Namik Ələskərovun komandası azarkeşlərin sərt etirazı ilə üzləşdi - VİDEO

Ötən axşam Türkiyə I Liqasının XX turu çərçivəsində səfərdə "Adanaspor"a uduzan (1:3) "Bursaspor" azarkeşlərin sərt etirazı ilə üzləşib.

Fanat.Az xəbər verir ki, milli komandamızın futbolçusu Namik Ələskərovun çıxış etdiyi "timsahlar" gecə saatlarında bazaya dönərkən narazı tərəfdarlar klub avtobusunun qarşısını kəsərək rəhbərliyi istefaya səsləyiblər.

Qeyd edək ki, Ələskərov görüşün 60-cı dəqiqəsində meydana daxil olub və 79-cu dəqədə qayda pozuntusuna yol verərək penaltiyə səbəb olmaqla yanaşı, sarı vərəqə alıb.  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 16 Numara (@onaltinumara)

 

20 turdan sonra 19 xal toplayan "Bursaspor" hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər