Namik Ələskərov "Bursaspor"dan ayrılır - Klub prezidenti açıqladı

Namik Ələskərov "Bursaspor"dan ayrılır - Klub prezidenti açıqladı

Millimizin futbolçusu Namik Ələskərov komandası "Bursaspor"dan ayrılacaq. 

Fanat.Az-ın xəbərinə görə, bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında məlumat verib.

Funksioner bildirib ki, futbolçunun müqaviləsinə xitam verəcək: "Sözləşməsi davam edən 7 əcnəbi futbolçumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, "Bursaspor" Türkiyə I Liqasında 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

Xatırladaq ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər