Nağıyevin komandası ev oyununda xal itirdi

Nağıyevin komandası ev oyununda xal itirdi

Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Krivbas”ı qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Nağıyev bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.

“İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər