Nağıyev zəfərə sevindi

Nağıyev zəfərə sevindi
Moldova çempionatında 4-cü turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, U-21 yığmamızın keçmiş oyunçusu Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Speranta” ilə qarşılaşıb. Nağıyevin komandası 2:1 hesablı zəfərə sevinib.
 
Millimizin sabiq müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
Dörd tura 9 xal yığan "Dinamo-Avto” 10 kollektiv arasında 3-cü pillədə mövqe tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər