Nağıyev uduzdu

Nağıyev uduzdu
Moldova çempionatında 2-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Petrokub” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
İki turdan sonra 3 xalı olan "Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər