Nagelsmann Rüdigeri 6 ay əvvəlki qərarından geri döndərdi

Nagelsmann Rüdigeri 6 ay əvvəlki qərarından geri döndərdi

Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger 6 ay əvvəl milli komandanı tərk etməyi planlaşdırırmış.

Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.   Mənbənin məlumatına görə, futbolçunun bu qərarına səbəb İslamda Allahın birliyini simvolizə edən şəhadət barmağını yuxarıya doğru uzatdığı fotoya görə sosial şəbəkələrdə tənqid edilməsi olub.

Ancaq baş məşqçi Julian Nagelsmann "Real Madrid"in müdafiəçisini bu qərardan çəkinməyə razı sala bilib. O, hətta Rüdigeri milli komandanın vitse-kapitanı təyin edib və beləliklə, onun əhəmiyyətini göstərib, etibar etdiyini nümayiş etdirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər