"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsman istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Münhen təmsilçisi PSJ və "Çelsi"nin sabiq çalışdırıcısı Tomas Tuxelə tapşırılacaq.
Artıq Almaniya mətbuatında Tuxelin 2,5 illik müqaviləyə imza atacağı barədə informasiya da var.
Qeyd edək ki, "Bayern" hazırda Bundesliqanın turnir cədvəlində 52 xalla ikincidir. Münhenlilər lider "Borussiya"dan (Dortmund) 1 xal geri qalır. "Qırmızılar" həm Almaniya Kubokunda, həm də Çempionlar iqasında mübarizəni davam etdirir.
Nihat