Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann Dortmund "Borussiya"sına rəhbərlik edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, Dortmund təmsilçisinin hazırkı çalışdırıcısı Edin Terziçin gələcəyi sual altındadır və onunla bağlı hələlik yekun qərar verilməyib.
"Borussiya"nın baş məşqçi postuna mümkün namizədlər sırasına Nagelsmann da daxil edilib. Dortmund klubunun baş direktoru Hans-Yoahim Vartske Nagelsmannın böyük pərəstişkarıdır və onun komanda üçün çox uyğun olduğuna inanır.
Qeyd edək ki, "Borussiya" Almaniya Bundesliqasında 25 turdan sonra 4-cü yerdə qərarlaşıb və liderdən 20 xal geri qalır.
Mirağa