MY və "Barsa" oyunçu mübadiləsi edə bilər

MY və "Barsa" oyunçu mübadiləsi edə bilər

"Mançester Yunayted" sağ cinah müdafiəçisi Aaron Uan-Bisakini "Barselona"nın yarımmüdafiəçisi Serginyo Destlə dəyişmək üçün Kataloniya klubu ilə danışıqlar aparır.

Fanat.Az xəbər verir ki, bu barədə "SPORT" saytı məlumat yayıb.

Dioqo Dalot MY-nin heyətində Erik ten Haqın əsas seçimi olduğundan, Uan-Bissaka başqa klub axtarmağa məcbur olur. Dest də bu mövsüm Xavinin rəhbərliyi altında çox oyun keçirmir, ona görə də futbolçu mübadiləsi mümkün görünür.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər