MY Ronalduya əvəzləyici tapdı - İddia

MY Ronalduya əvəzləyici tapdı - İddia

"Mançester Yunayted" ötən gün rəsmən vidalaşdığı Kriştianu Ronaldunu əvəz edəcək hücumçunu tapıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" Mönhenqladbax "Borussiya"sını tərk edəcək Markus Türamı heyətinə qatmağa qərarlıdır.

Məlumatı jurnalist Rudi Qaletti yayıb. Mənbənin məlumatına görə, baş məşqçi Erik Ten Haq mövsümün sonunda Almaniya klubu ilə anlaşması qüvvədən düşəcək Türamı yanvarda sərəncamında görmək istəyir. "Borussiya" da futbolçusunu qış fasiləsində sataraq qazanc əldə etməkdə maraqlıdır. 

Markusla “Bayern Münhen”, “Tottenhem” və “Yuventus”un da maraqlandığı bildirilir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər