MY-nin yarımmüdafiəçisi karyerasını bitirir

MY-nin yarımmüdafiəçisi karyerasını bitirir

"Mançester Yunayted”in havbeki Maykl Kerrik mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu BBC-yə açıqlamasında belə deyib: "Orqanizmim mənə dayanmaq lazım olduğunu deyir. Ürəyimdəki problemdən sonra davam edib-etməyəcəyimlə bağlı çox düşünürdüm. Bərpa oldum və karyeramı öz şərtlərimə uyğun şəkildə bitirmək istədim. Formamı qorumalı, hazırlaşmalıyam. Hələ ki, məşqlərdən zövq alıram. Bir qədər oynamaq şansı qazanacağıma ümid edirəm”.

 

 

2006-cı ildən MY-nin şərəfini qoruyan Kerrik 5 dəfə İngiltərə Premyer Liqasının, Çempionlar Liqası və Avroliqanın qalibi olub. İngiltərə yığmasında 34 oyun keçirən yarımmüdafiəçi daha öncə "Tottenhem”, "Vest Hem”, "Suindon Taun” və "Birmingem Siti”də top qovmağa imkan tapıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər