"Mançester Yunayted" yeni stadion inşa etdirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar"ın idarəçiləri "Old Trafford"u restavrasiya etməkdənsə, yeni idman qurğusu tikdirməyin daha uyğun variant olduğuna əmindirlər. Mənbə bu stadionun 100 min azarkeş tutumuna malik olacağını və 2,4 milyard avroya başa gələcəyini vurğulayıb. Stadionun harada tikiləcəyinə bu ilin sonunda qərar veriləcəyi bildirilib.
Nihat