"Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldu yeni mövsümdə komandanın kapitanı Harri Maquayrın yerini ala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Xəbərə görə, buna səbəb Maquayrın ötən mövsüm ərzində dəfələrlə tənqid olunması və qeyri-stabil oyunu ilə diqqət çəkməsidir.
Yaxın günlərdə komandanın baş məşqçisi Erik ten Haq 37 yaşlı portuqaliyalı hücumçuya kapitanlıq sarğısını təklif edəcək.
Qeyd edək ki, Ronaldu ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, bir müddət öncə Kriştianunun "Mançester Yunayted"dən gedəcəyi barədə xəbərlər yayılsa da, klub rəhbərliyi portuqaliyalı ulduzun bu yay satılmayacağını açıqlayıb.
Emin