"Mançester Yunayted"in azarkeşləri İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Liverpul"a 0:7 hesabı ilə uduzaraq tarixinin ən böyükhesablı yenilgisini rəsmiləşdirən komandanın hücumçusu Vaut Veqorstu tənqid atəşinə tutublar.
Fanat.Az xəbər verir ki, Veqorst stadionun tunelindəki, üzərinə "Bura Enfilddir" yazılmış tabloya əli ilə toxunduğu üçün MY fanatlarının qəzəbinə tuş gəlib.

Həmin fotonun altında niderlandlı oyunçunun komandadan qovulmasını tələb edən azarkeşlər Vautun hələ "Volfsburq"da oynayarkən "Liverpul"u xüsusi klub saydığını dilə gətirdiyini xatırladıblar.
Nihat