MY Antonini bu kluba satır - Qiyməti bilindi

MY Antonini bu kluba satır - Qiyməti bilindi

"Mançester Yunayted" 24 yaşlı cinah hücumçusu Antonini satmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Mənbə sözügedən futbolçunun qışda onun xidmətində maraqlı olan "Nyukasl"a transfer oluna biləcəyini açıqlayıb. "Ağ-qaralar"ın baş məşqçisi Eddi Haunun Antoninin keçidini şəxsən arzuladığı bildirilib. Xəbərə görə, MY bu transfer üçün "sağsağanlar"dan 40 milyon funt sterlinq (47,3 milyon avro) istəyib.

Qeyd edək ki, Antoni Mançester klubuna 2022-ci ilin yayında transfer olunub. O vaxtdan bəri "qırmızı şeytanlar"ın forması ilə 83 matça çıxan braziliyalı 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər