Musa Qurbanlı İsveçdə növbəti qolunu vurdu

Musa Qurbanlı İsveçdə növbəti qolunu vurdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində oyuna çıxıb.

Fanat.Az xəbər verir ki, Stokholm təmsilçisi Elit Liqa Kuboku matçında “Norççepinq”i qəbul edib. 

1:1 hesabı ilə başa çatan matçda Musa 90 dəqiqə mübarizə aparıb. Komandasının yeganə qolunun müəllifi də Qurbanlı olub. 22 yaşlı forvard 52-ci dəqiqədə penaltidən fərqlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər