Musa ilk qolunu vurdu, komandası mərhələ adladı

Musa ilk qolunu vurdu, komandası mərhələ adladı

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda seçmə mərhələ oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşıb. Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Yurqorden" növbəti mərhələyə adlayıb.

Qurbanlı sözügedən görüşdə meydana start heyətində çıxıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər