"Murov" autsayderi "topla döydü"

"Murov" autsayderi "topla döydü"

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha bir görüş reallaşıb.

 

Fanat.Az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində baş tutan günün yeganə matçında "Murov” autsayderi - UNEC-i sınağa çəkib.

Oyun birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 25:15 hesabı ilə qalib gələn "Murov” ikinci hissədə də aşkar üstünlüyünü ortaya qoyub - 25:13. Üçüncü setdə UNEC müqavimət göstərsə də, 20:25 hesabı yenilgi qaçılmaz olub. 

6-cı oyunda 2-ci qələbəsini qazanan "Murov” xal hesabını 6-ya çatdırsa da, 4-cü pillədə qalıb. 7 oyunda 1 xal yığan UNEC isə "zirzəmi"dədir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər