Muradın komandası ilk zəfərini qazandı

Muradın komandası ilk zəfərini qazandı

Almaniya Gənclər Bundesliqasının cənub zonasında 11-ci turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, həmyerlimiz Murad Mahmudovun formasını geyindiyi "Frankfurt” bu tur "Auqsburq”un qonağı olub və mövsümdə ilk qələbəsini qazanıb - 1:0.

 

 

Murad bu görüşün iştirakçısı olmayıb. Çünki hazırda o, U-19 yığmamızın heyətində AÇ-nin seçmə mərhələ oyunlarına hazırlaşır.

 

 

Daha öncə keçirdiyi bütün çempionat oyunlarında uduzan Frankfurt komandası ilk zəfərindən sonra da 3 xalla 14 kollektiv arasında sonuncu pillədədi.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər