Murad Musayev üçün əlamətdar oyun

Murad Musayev üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Tovuz şəhər stadionunda keçirilən və “Sabah”ın 2:0 hesablı qələbəsi ilə nəticələnən matç baş məşqçi Murad Musayev üçün əlamətdar olub.

Belə ki, Musayev bu qarşılaşmada “Sabah”ın “sükanı arxasında” Premyer Liqada 50-ci görüşünü keçirib.

Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb (9 heç-heçə, 9 məğlubiyyət).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər