"Müqəddəslər" 1 həftə öncə qovulan amerikalıya tapşırıla bilər

"Müqəddəslər" 1 həftə öncə qovulan amerikalıya tapşırıla bilər

Natan Consu istefaya göndərən, onun işini müvəqqəti olaraq "Qarabağ" və "Neftçi"də çalışmış ispaniyalı Ruben Selyesə həvalə edən "Sauthempton" rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, "The Athletic" Consun postunu kimin tutacağını açıqlayıb.

Xəbərə görə, bu, 1 həftə öncə "Lids Yunayted"dən qovulan Cessi Marşdır. Mənbə "Sauthempton" bosslarının "Lids"dəki uğursuzluğa rəğmən, amerikalı çalışdırıcının hazırda sonuncu - 20-ci yerdə qərarlaşan komandanı "zirzəmi"dən xilas edəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, Consun rəhbərliyi altında 9 çempionat oyununa çıxan "müqəddəslər" cəmi 1 qələbə qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər