Mundialın finalına saxta bilet satan dələduz tutuldu

Mundialın finalına saxta bilet satan dələduz tutuldu

Rusiyada keçirilən son dünya çempionatının final matçına saxta biletlər satan dələduz həbs edilib.

 

Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, iyunun 21-də Moskvanın mərkəzində alıcılarla görüşüb. 555 min rubl qarşılığında 4 bilet verən kələkbaz müştərilərə içəri keçməklə bağlı hər hansı problem yaşamayacaqlarını deyib. Lakin saxta biletlərlə Fransa və Xorvatiya arasında baş tutan ("xoruzlar” 4:2 hesablı qələbə qazanaraq çempion oldu) finalı izləmək istəyənlər stadiona buraxılmayıb və polisə müraciət edib.

 

4 aylıq axtarışlardan sonra ələ keçirilən fırıldaqçını 6 il həbs cəzası gözləyir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər