Müller Kinqsli Komanın sıradan çıxmasına belə reaksiya verdi

Müller Kinqsli Komanın sıradan çıxmasına belə reaksiya verdi

"Bayern Münhen"in təcrübəli futbolçusu Tomas Müller komandanın fransalı vingeri Kinqsli Komanın Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində keçirilən matçda - "Köln"lə oyunda (2:0) zədələnməsindən danışıb.

Fanat.Az xəbər verir ki, Müllerin dediklərini "Sky Sport DE" belə çatdırıb:

"Çempionlar Liqasının 1/4 final və yarımfinal görüşlərindən öncə aparıcı futbolçularımızı əvvəllər də itirmişik. Yəni bu, mən "Bayern"də oynayandan bəri qarşılaşdığımız ilk belə hal deyil. Biz Riberini və Robeni də itirmişdik".

Xatırladaq ki, Münhen təmsilçisi aprelin 17-də ÇL-in 1/4 final mərhələsinin cavab matçına çıxacaq. Almaniya nəhəngi Londonda 2:2 hesablı bərabərliyə razılaşdığı "Arsenal"ı qəbul edəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər