Müdafiə Nazirliyindən sosial şəbəkələrdə yayılan saxta videolarla bağlı xəbərdarlıq - DİQQƏT

Müdafiə Nazirliyindən sosial şəbəkələrdə yayılan saxta videolarla bağlı xəbərdarlıq - DİQQƏT
Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ann.az-a bildirilib ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır:
"Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər