Mübariz Mənsimovun azadlığa buraxılmaq xəbəri təsdiqlənmədi - YENİLƏNİB

Mübariz Mənsimovun azadlığa buraxılmaq xəbəri təsdiqlənmədi - YENİLƏNİB
Tükiyədə saxlanılan Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov barəsində qərar verilib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı və şirkətin meneceri Nuray Nurcihan Perker ötən gün Çağlayandakı İstanbul Ədalət Sarayına aparılıb. Məhkəmə Mübariz Mənsimovun həbsinə qərar verib. Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.
Xatırladaq ki, Mübariz Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.
09.33
Palmali Şirkətlər Qrupunun sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov azadlığa buraxılıb.
Fanat.Az xəbər verir ki, bu barədə 7NEWS.az-a Mənsimova yaxın olan çevrədən məlumat verilib. 
Məlumatda qeyd olunur ki, Mübariz Mənsimov həbs olunmamışdı, sadəcə dindirilmə üçün saxlanılıb: "Hazırda o azadlıqdadır".
Qeyd edək ki, Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunurdu. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər