Mourinyuya 130 milyon funt sterlinqlik imkan yaradılacaq

Mourinyuya 130 milyon funt sterlinqlik imkan yaradılacaq
"Tottenhem" rəhbərliyi yeni mövsüm üçün transferlərə 130 milyon funt sterlinq ayıracaq.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyuya ümumi dəyəri bu məbləğdən çox olmayan yeni oyunçular götürmək imkanı yaradılacaq.
 
Mənbə hazırda Hotspur klubunun əsas transfer hədəfinin "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitser olduğunu vurğulayıb. Həmkarlarımız iddia ediblər ki, Joffi Kondoqbiya ("Valensiya"), Yusef Atal ("Nitsa"), Camal Luis ("Norviç") və Eder Militaonun ("Real") kimi futbolçular da Mourinyunun maraqlandığı adlardı. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər