Mourinyunun cəzası təsdiqləndi

Mourinyunun cəzası təsdiqləndi

“Roma”nın baş məşqçisi Joze Mourinyu hakimlərlə mübahisəyə görə diskvalifikasiya olunub.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçdan (1:2) sonra 2 oyunluq cəzalanmışdı.

Lakin apellyasiya səbəbindən “Yuventus”la görüşdə cəza dondurulmuş və Mourinyu texniki zonada komandasına rəhbərlik etmişdi. Mou apellyasiyanı uduzduğundan cəza yenidən qüvvəyə minib. O, “Sassuolo” və “Latsio” ilə oyunları buraxmalı olacaq.

Bu qərardan sonra “Roma” bəyan edib ki, bu qarşılaşmalar başa çatana qədər klubdan heç kim media ilə danışmayacaq.

Mourinyu isə qərar açıqlandıqdan sonra sosial şəbəkədə əllərini çarpaz formada tutaraq şəkil paylaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər