Mourinyu tarixi ilkə imza atdı

Mourinyu tarixi ilkə imza atdı

Konfrans Liqasının bu gecə baş tutan finalında "Feyennord"u 1:0 hesabı ilə məğlub edən "Roma"nın baş məşqçisi Joze Mourinyu tarixi ilkə imza atıb.

Fanat.Az xəbər verir ki, o, hazırda keçirilən bütün Avropa turnirlərinin - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olmuş ilk məşqçi ünvanına sahib çıxıb.

Mourinyu iki dəfə ÇL-i qazanıb. "Portu" (2003/2004) və "İnter"lə (2009/2010) qitənin ən nüfuzlu klub turnirində qələbə sevinci yaşayan Mour "Mançester Yunyated"in baş məşqçisi postunda Avropa Liqasının kubokunu başı üzərinə qaldırıb. O, həmçinin "Portu"nun "sükanı arxası"nda (2002/2003) UEFA Kubokunun qalibi olub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər