Mourinyu: "Son 5 oyunun nəticəsinə görə mən İngiltərə çempionuyam"

Mourinyu: "Son 5 oyunun nəticəsinə görə mən İngiltərə çempionuyam"
"Tottenhem"in baş məşqçisi Joze Mourinyu komandaya təyinatından sonrakı periodu dəyərləndirib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Mourinyu zarafatla son 5 oyunun nəticəsinə görə Premyer Liqanın qızıl medalına layiq olduğunu bildirib:
"Mən "Tottenhem"ə gələndə komanda 14-cü idi, "Arsenal"dan 3, Çempionlar Liqası zonasından isə 12 xal geri qalırdı. Gəlişimdən sonra topladığımız xalları hesablasanız... Özümü önəmli göstərmək üçün demirəm, "Tottenhem" daha vacibdi, amma istəsəniz, hesablaya bilərsiniz.
Mənim təyinatımdan sonrakı perioda baxsaq, 4-cü olduğumuzu görərsiniz. Premyer Liqada 4-cü olmağı pis nəticə hesab edirsinizsə, bu, artıq sizin düşüncənizdi. Gülmək istəyirsinizsə, deyim ki, son 5 matç üzərindən dəyərləndirsək, mən İngiltərə çempionuyam. Mənə medal verə bilərsiniz. Biz son 5 oyunda 13 xal toplamışıq - hamıdan çox".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər