Mourinyu səfir oldu: "Məni bütün millilərin məşqçisi adlandıra bilərsiniz"

Mourinyu səfir oldu: "Məni bütün millilərin məşqçisi adlandıra bilərsiniz"

Məşhur "Panini" şirkəti 2024-cü il Avropa Çempionatı üçün şəkil albomu istehsal etməyəcək. Bu missiyanı qadınlar arasında AÇ-2025, həmçinin, AÇ-2028 və ML-2028 (Millətlər Liqası) üçün stikerlər hazırlayacaq "Topps" yerinə yetirəcək. Fanat.Az xəbər verir ki, şəkillərin hazırlanmasında "Topps"un səfiri Joze Mourinyu olacaq. Onun vəzifəsi alboma daxil olacaq oyunçuları seçmək olacaq. Portuqaliyalı mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Rəsmidir! Siz məni AÇ-2024-də bütün Avropa millilərinin məşqçisi adlandıra bilərsiniz".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər