“İnter”, “Çelsi”, “Mançester Yunayted” və “Real” kimi Avropanın nəhəng klublarının sabiq çalışdırıcısıi Joze Mourinyu məşqçiliyə yenidən nə vaxt başlayacağına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Desporto ao Minuto" məlumat yayıb.
Portuqaliyalı mütəxəssis bu barədə belə danışıb: “Düşünürəm ki, yayda işə qayıdacağam. İşləməyəndə özümü boş hiss edirəm. Amma indi növbəti işimi seçərkən daha diqqətli olmalıyam”.
Qeyd edək ki, 61 yaşlı portuqaliyalının son klubu yanvarda tərk etdiyi "Roma" olub.
Mirağa