Mourinyodan Ranyeriyə: "Yazdığın tarixi kimsə silə bilməz"

Mourinyodan Ranyeriyə: "Yazdığın tarixi kimsə silə bilməz"
Joze Mourinyo Klaudio Ranyeriyə dəstək verib. Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi "Lester"dən qovulan həmkarı ilə bağlı "Instagram" hesabından paylaşım edib. 
"FIFA tərəfindən ilin məşqçisi seçilən və Premyer Liqa çempionu qovuldu. Yeni futbol budur, Ranyeri. Gülməyə davam et. Yazdığın tarixi kimsə silə bilməz" deyə Mourinyo yazıb.
Qeyd edək ki, ötən mövsüm "Lester"i İngiltərə çempionu edən Ranyeri Premyer Liqadakı ardıcıl 5 məğlubiyyət və Çempionlar Liqasında "Sevilya"ya yenilgidən sonra istefaya göndərilib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər