Mourinyo van Qaldan zəifdi- RƏQƏMLƏR VƏ FAKTLAR

Mourinyo van Qaldan zəifdi- RƏQƏMLƏR VƏ FAKTLAR

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Old Trafford”da “Everton”la 1:1 hesablı bərabərə razılaşdı. Fanat.az xəbər verir ki, bu oyundan sonra xal hesabını 54-ə çatdıran Joze Mourinyo məyusdu.

 

Belə ki, portəgiz çalışdırıcı MY-nin “sükanı arxası”nda keçirdiyi 29 matçda holland sələfi Lui van Qaldan zəif nəticəyə imza atıb. 2014/15 mövsümündə “manikunianlar”ı çalışdıran van Qal ilk mövsümündə 29 oyuna 56 xal toplamağı bacarmışdı.  Niderlandlı həmin “futbol ili”nin yekununda “qırmızı şeytanlar”ı 4-cü yerdə qərarlaşdırmışdısa, Mourinyo hazırda 4-cü pilləyə aşağıdan yuxarı baxır.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər