Mourinyu Serxio Ramosa zəng etdi

Mourinyu Serxio Ramosa zəng etdi
"Roma" "Real Madrid"dən ayrılan Serxio Ramosa "elçi" düşüb. 
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. 
Xəbərə görə, A Seriyası təmsilçisinin baş məşqçisi Joze Mourinyu futbolçunun keçidində israrlıdır. 
Portuqaliyalı mütəxəssis özü müdafiəçi ilə telefonla əlaqə saxlayaraq bu keçidə razı salmağa çalışıb. 
Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"də çıxış edən 35 yaşlı ispaniyalı ötən həftə "Kral klubu" ilə vidalaşıb. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər