"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə yığmasının Rusiyada keçiriləcək dünya çempionatındakı perspektivlərini dəyərləndirib.
Fanat.Az "Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ingilislərin dünya çempionatını qazanmağa namizəd olduqlarını deyib.
"İngiltərənin yaxşı gənc futbolçuları var. Gənc olmalarına rəğmən, onlar kifayət qədər təcrübəlidilər. Dünyanın ən güclü komandalarını təmsil edirlər, ən güclü liqalarda oynayırlar, hamısının futbolun ən yüksək səviyyəsi olan Çempionlar Liqasında təcrübəsi var. Ona görə də, məncə, İngiltərə dünya çempionatının qalibi ola bilər” – deyə, Mourinyo bildirib.
Təcrübəli çalışdırıcı son olaraq, mundialın əsas favoritləri hesab olunan Braziliya, Almaniya, Fransa kimi yığmaların şanslarını qiymətləndirib: "Almaniya, Braziliya və Fransa? Onların yaxşı heyətləri ola bilər, ancaq yaxşı heyət heç də həmişə "yaxşı komanda” anlamına gəlmir”.
Fanat.Az