"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Barselona"ya keçəcəyi deyilən Alvaro Moratanın bu qış Turin klubunu tərk etməyəcəyini bildirib.
Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" Alleqrinin söylədiklərini belə çatdırıb:
"Morata getməyəcək. Ötən mövsüm 21 qol vurubsa, bu mövsüm 7 dəfə fərqlənib. Alvaronun problemi ondadır ki, o, həmişə nəyinsə qaydasında getmədiyini düşünür. Mən onunla söhbət etdim və getməyəcəyini dedim. Çünki hazırda dünyada o səviyyədə oynayan dörd və ya beş hücumçu var. Moratanın əhvalı qaydasındadır və mövzu bağlıdır".
Daha öncə "Barselona"nın müqavilə ilə "Atletiko Madrid"ə məxsus olan Moratanı heyətinə qatmaq istədiyi və futbolçunun Kataloniya klubuna keçməyə can atdığı barədə müxtəlif informasiyalar yayılmışdı.