Modriç sözündən döndü: "Bunun üçün heç bir səbəb yoxdur"

Modriç sözündən döndü: "Bunun üçün heç bir səbəb yoxdur"

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç dünya çempionatından sonra Xorvatiya millisindəki karyerasını bitirmək fikrində deyil.

Fanat.Az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə "Madrid Xtra"ya danışıb:

“Dünya çempionatından sonra milli komandadakı karyeramı bitirməyəcəyəm. Özümü çox yaxşı hiss edirəm, əla formadayam və bacardığım qədər komandada qalacağam. Beynəlxalq karyeranı bitirmək üçün heç bir səbəb yoxdur. Bu mənim seçimimdir. Bəziləri belə düşünür ki, getməliyəm və bütün diqqətimi klub futboluna yönəltməliyəm. Amma mən bununla razı deyiləm".

Xatırladaq ki, mundial başlamazdan əvvəl 37 yaşlı Modriç bu mundialın onun Xorvatiya millisində sonuncu böyük turniri olacağını bildirmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər