Azərbaycan samboçuları "Minsk 2019” II Avropa Oyunlarında ilk görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə yığma üzvlərində 3-ü 1/4 final mərhələsindən mübarizəyə qoşulublar. Onlardan 68 kq çəkidə çıxış edən Emil Həsənov rumıniyalı Soke Laslo-Joltla 6:3 hesabı ilə qalib gəlib. O, bu gün Bakı vaxtı ilə saat 13:28-də başlayacaq yarımfinalda gürcüstanlı Mindia Liluaşvili ilə qarşılaşacaq.
Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza 1:4, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə 0:5 hesabı ilə uduzub.
Hüseynov təsəlliverici görüşdə italiyalı Mikeli Alessio ilə qarşılaşacaq. Xəlilov isə bürünc medal uğrunda Əmrə Çəlik (Türkiyə) - İvan Pilipiyak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüş saat 18:07-yə nəzərdə tutulub.
Fanat.Az