Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-dan etibarən satışa çıxarılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Biletlərin satış qiymətləri 5-15 manat aralığında dəyişir. VİP kateqoriyalı biletlər isə 30-200 manat aralığındadır.
Satış ünvanları isə belədir:
Gənclik Mall 28 Mall Heydər Əliyev Sarayı-nın kassası Köşk No1 Köşk No2 1 Saylı ASAN xidmət mərkəzi 2 Saylı ASAN xidmət mərkəzi 3 Saylı ASAN xidmət mərkəzi 4 Saylı ASAN xidmət mərkəzi 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq.