Millinin oyunu almanlara tapşırıldı

Millinin oyunu almanlara tapşırıldı

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, Tallində keçiriləcək qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

Oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu saat 20:00-da başlayacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər