Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Bakıda Rumıniya, səfərdə isə Niderland yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, dekabrın 15-də Bakı İdman Sarayında təşkil olunacaq Azərbaycan – Rumıniya matçını Polşadan, dekabrın 20-də Almere şəhərində keçiriləcək Niderland – Azərbaycan qarşılaşmasını isə Litvadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Rumıniya 15 dekabr. Bakı idman Sarayı. Saat 20:00 Hakimlər: Damian Qrabovski, Slavomir Steçko, Monika Judjinoviç Timekeeper: Ramil Namazov (Azərbaycan)
Niderland – Azərbaycan 20 dekabr. Topsportcentrum Almere. Saat 21:30 Hakimlər: Dominikas Norkus, Mantas Pomeskis, İrmantas Kapraşovas Timekeeper: Jorn Te Kloeze (Niderland) .