Millinin heyəti açıqlandı

Millinin heyəti açıqlandı

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Dalğa Arena”da Belçika, 12-də isə beynəlxalq yoldaşlıq oyununda İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, iki oyun üçün 26 futbolçuya dəvət göndərilib.

Baş məşqçi Canni De Byazi Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq futbolçunun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.

Millinin iki oyun üçün heyəti:

Şahrudin Məhəmmədəliyev - Qarabağ Səlahət Ağayev  - Səbail Yusif İmanov  - Sabah Aleksey İsayev - Sabah Amin Seydiyev - Sabah Anton Krivotsyuk - Daejon Hana (Cənubi Koreya) Bəhlul Mustafazadə - Qarabağ Bəxtiyar Həsənalızadə - Tuzlaspor (Türkiyə) Coşqun Diniyev Umraniyespor - (Türkiyə) Elvin Bədəlov - Sumqayıt Elvin Camalov - Sabah Elvin Cəfərquliyev - Qarabağ Emil Səfərov - Qəbələ  Emin Mahmudov - Neftçi Filip Ozobiç - Neftçi Höccət Haqqverdi - Neftçi Mahir Emreli - Dinamo (Zaqreb, Xorvatiya) Musa Qurbanlı - Yurqorden (İsveç) Ozan Can Kökçü - Eyndhoven (Niderland) Qismət Alıyev - Zirə Rahil Məmmədov - Qarabağ Ramil Şeydayev - Buriram Yunayted (Tailand) Renat Dadaşov - Qrasshopper (İsveçrə) Rüstəm Əhmədzadə - Zirə Toral Bayramov - Qarabağ Yusif Nəbiyev - Səbail  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər