AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 27-də, Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Fanat.Az tədbirlərin vaxtını təqdim edir:
26 mart İsveç milli komandası 13:00. Mətbuat konfransı 11:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Azərbaycan milli komandası 17:30. Mətbuat konfransı 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq.