Kipr yığmasının heyətində itki: Millimizlə oyunu buraxacaq

Kipr yığmasının heyətində itki: Millimizlə oyunu buraxacaq
UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti itki ilə üzləşib. 
Fanat.Az xəbər verir ki, APOEL klubunda çıxış edən Giorqos Efrem zədələndiyi üçün yığmanın heyətindən çıxarılıb. 31 yaşlı yarımmüdafiəçinin  əvəzinə Limassol AEL-indən Andreas Avraam təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiçin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Səbəb onun 10 günlük karantinə alınmasıdır. Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqro ilə qarşılaşacaq. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər