Millimizin yarımmüdafiəçisinin səhhətində problem yarandı

Millimizin yarımmüdafiəçisinin səhhətində problem yarandı

Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov səfərdə "Frayburq 2"yə qarşı keçirdikləri III Bundesliqanın I tur oyununu buraxmalı olub. 

Fanat.Az xəbər verir ki, 32 yaşlı hücumçu qripə yoluxduğu üçün komandasının çıxışını kənardan izləmək məcburiyyətində qalıb.

Hazırda davam edən matçın ilk hissəsi başa çatıb və Dmitrinin komandası 1:0 hesabı ilə öndədir.

Meydan sahiblərinin futbolçusu Kimberli Ezekvem 1-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. "Ertsgebirge"nin üzvü Marvin Stefanyak isə qarşılaşmanın 2-ci dəqiqəsində hesabı açıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər