"Vulverhempton"da çıxış edən Renat Dadaşovun "Birmingem"ə keçidi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Birmingem" millimizin üzvünü icarəyə götürmək üçün danışıqlar aparsa da, kulblar arasında razılıq əldə olunmayıb.
Qeyd edək ki, digər "Çempionşip" təmsilçisi "Koventri" də millimizin oyunçusu ilə maraqlanır.
Xatırladaq ki, Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. O, mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.
Fanat.Az