Millimizin üzvündən uğurlu debüt

Millimizin üzvündən uğurlu debüt

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk "Tecon Xana Sitizen"də debüt edib.

Fanat.Az xəbər verir ki, 25 yaşlı müdafiəçinin komandası Cənubi Koreyanın K1 Liqasının ilk turunda "Qanqvon"la qarşılaşıb. 

"Tecon Xana Sitizen" görüşdən qalib ayrılıb - 2:0.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Krivotsyuk matçı əvəzolunmadan keçirib.

Qeyd edək ki, Anton Krivotsyuk qış fasiləsində Polşanın "Visla Plotsk" klubundan Cənubi Koreya təmsilçisinə keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər