Millimizin üzvü yenidən bu ölkədə legioner həyatı yaşayacaq- Özü açıqladı

Millimizin üzvü yenidən bu ölkədə legioner həyatı yaşayacaq- Özü açıqladı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını yenidən Qazaxıstanda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə təcrübəli qolkiper sosial şəbəkə hesabında paylaşım edib.

33 yaşlı qapıçı Qazaxıstanın iddialı komandalarından olan "Astana" klubuna keçib. 

Xatırladaq ki, Rövşən Hüseynli 2022-ci ilin payızından bu ilin may ayına kimi Qazaxıstanın digər klubu “Atırau”da oynayıb. O, daha əvvəl Rusiya “Torpedo”sunun da formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər