Millimizin üzvü rus klubunu məğlubiyyətdən xilas etdi

Millimizin üzvü rus klubunu məğlubiyyətdən xilas etdi
Rusiya çempionatının I divizionunda XXV turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” səfərdə "Krasnodar”ın əvəzediciləri ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra - 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ikinci qolunu da Əliyev vurub. O, hesab 1:2 olarkən - 85-ci dəqiqədə fərqlənib. Bununla da azərbaycanlı forvard cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.
 
"Ximki” 25 turdan sonra 50 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər